Təlimçilər üçün təlim (TOT)

Təlim haqqında

TOT (Training of Trainers) – Təlimçilər üçün Təlim kursu olub, təlim prosesini 0-dan yaratmağı, inkişaf etdirməyi və ən effektiv şəkildə auditoriyaya çatdırmağı nəzərə alan bir məhsuldur.

QEYDİYYAT

Blank Form (#4)
TOT kimlər üçündür?
  • Təlimçiliyə yeni başlayan, prosesi hardan necə başlayacağını tam aydınlaşdıra bilməyən şəxslər
  • Təlimçilik fəaliyyəti olub, onu daha planlı, peşəkar görmək istəyən şəxslər
  • Öz sahəsi üzrə ekspert olub, biliklərini təlim formatında daha çox şəxsə çatdırmaq istəyən şəxslər
  • Təhsil sahəsində çalışıb, qeyri-formal təshil alətlərini/metodlarını öz dərslərində istifadə etmək istəyən şəxslər
  • İşçi heyətin müəyyən sahə üzrə bilik və bacarığını artırmaq üçün öz təcrübəsindən istifadə etmək istəyən rəhbərlər
  • Olduğu şirkətin tərkibində “öyrənmə və öyrətmə” sistemini gücləndirmək istəyən HR (insan resursları) üzrə mütəxəssislər və təlim menecerləri
Təlimə nələr daxildir?
  • Təlim nədir. Təlimçi kimdir.
  • Təlimçi xüsusiyyətləri. Təlimçinin rolları.
  • Təlim ehtiyaclarının müəyyən edilməsi
  • Təlim alətlərindən istifadə
  • Natiqlik bacarıqları
  • Təqdimat bacarıqları   və s.
Təlimlər nəyə fokuslanır?
  • Təlim və digər bənzər vəzifələr arasında mövcud fərqlər üzrə fərqindəlik yaratmaq
  • İştirakçıya təlimdən sonra müstəqil şəkildə 0-dan istədiyi mövzuda təlim yaratması üçün ona lazımı məlumat və bacarıqlar vermək
  • Təlimdən əvvəl, təlim zamanı və sonrası olunmalı olan addımları 1-1 tətbiq etmək
  • Təlimlər zamanı iştirakçıların verilən məlumatı təcrübə etməsi (yoxlamaq) üçün öyrənmə mühiti yaratmaq
  • Təlimçilər arasında güclü şəbəkələşmə, təlim sonrası əməkdaşlıqlar üçün şərait yaratmaq