Şəxsi brendinq kursu şəxsi brendini yaratmaq və ya inkişaf etdirmək istəyən şəxslərin çətinliklərini nəzərə alan, nəticəyə birbaşa təsir edən bütün incə məqamları əhatə edən 2 aylıq praktiki təlim proqramıdır.
- Biznes, təhsil, səhiyyə, hüquq və digər sahələrdə çalışıb öz karyeralarını gücləndirmək üçün şəxsi brendinqləri üzərində işləmək istəyən şəxslər
- Sahibkarlar və kiçik biznes sahibləri
- Frilanserlər, məsləhətçilər
- İşlərini tanıtmaq istəyən rəssamlar, yazıçılar, dizaynerlər
- Satış işçiləri və marketoloqlar
- Təcrübə, iş müraciətləri və şəbəkələşmədə üstünlük əldə etmək istəyən gənc mütəxəssislər
Şəxsi brendinq anlayışının formalaşdırılması
Araşdırma və strategiyaya əsaslanan şəxsi brendinq planı qurmağa şərait yaratmaq
Hədəf kütlə profilini daha yaxından tanımaq
Fərqli sosial media platformalarına uyğun kontentin yazılması və paylaşılması
Şəxsi brendinq üzrə addımlarınızı daha sistemli və davamlı etmək üçün uyğun üsul və metodikaların paylaşılması