Təlimçilər üçün Təlim adlanan TOT nədir sualına qısa cavab olaraq qeyd edək ki, bu bir təlim prosesinin A-dan Z-yə necə qurulmasını əhatə edən bir proqramdır.
TOT təlimi təhsil müəssisələrdə, təşkilatlarda təşkil olunacaq təlimin proqramını hazırlamaq və onu necə tətbiq etmək, auditoriyanı necə ələ almaqdan ibarət olan bir təlimdir.
Təlimçilər üçün Təlim (TOT) hal hazırda təlimçi kimi fəaliyyət göstərən, təlimçi olmaq istəyən, öz sahəsi üzrə ekspert olub biliyi ən uyğun metodologiyalardan istifadə edərək auditoriyaya ötürmək istəyən, öz təcrübəsi və ekspertliyindən istifadə edərək şirkətində hazırkı kadrların bilik və bacaraqlarını inkişaf etdirmək istəyən şəxslər TOT təlimi vasitəsi ilə təlim ehtiyyaclarının müəyyən edilməsi, keys-study əsaslı tapşırıqlar ilə iş, çətin iştirakçılar ilə işləmə metodları, auditoriyanın ələ alınması, monoton “təlim” prossesinin aktiv praktiki işlərlə əvəz edilməsi, təlimin nəticələrinin ölçülməsi və s. kimi bacarıqları əldə edə bilərlər.
Təliminin məqsədi və üstünlükləri:
TOT təlimi təşkil olunacaq təlimin daha effektiv, nəticəli, uğurlu olmasına təsir göstərir. Təlimçilər TOT proqramına qoşularaq nitq bacarıqlarını inkişaf etdirir və bu da mövzuya hakim olmağa və səlis izahlar verməyə kömək edir. Hər bir təlimçi auditoriya qarşısında ona ünvanlanmış sualları dolğun cavablamağa, iştirakçılarda növbəti addımlar üçün maraq yaratmağa çalışırlar və məhz üstünlüklərindən biri də bu hesab olunur. Bədən dilindən düzgün istifadə, jest və mimikalar, auditoriya ilə sona qədər bərabər çalışmaq və mövzunu düzgün yekunlaşdırmaq TOT təliminin əsas elemetlərindəndir.
Təcrübəni paylaşmaq və informasiyanı düzgün çatdırmaq təlimçinin peşəkarlığından irəli gəlir. TOT biliklərini əldə edən təlimçilər daha yaxşı ünsiyyət qurur və öz ixtisaslaşmış, standartlaşdırılmış təlim metodikasından istifadə edərək daha uğurlu nəticələr əldə edə bilir.
TOT, təlim sektorunda standartların yüksəlməsi, təcrübə paylaşılması, inkişaf edən tələblərə cavab vermə və effektiv iş birliyi təmin etmək kimi bir çox üstünlüklər təmin edir. Bu, müəssisələrin daha müvəffəqiyyətli olmağını və tələbələrinə daha yaxşı bir təhsil təklif etmələrini təmin edir.