Gənc yaşlarda karyera qurmağın ən effektli yolları.
Gənc yaşlarınızda başladığınız karyera səyahətiniz bir növ sizin gələcəyinizə təsir edir. Buna görə də, gələcəkdə çox əziyyət və çətinlik çəkməmək üçün yaxşı bir başlanğıc çox vacibdir.
Gələcəyinizin təməlini qoyduğunuz bu yaşlar, necə risk etməyinizə, əhatə dairənizə, kimlərlə dostluq etməyinizə, hansı addımlar atmağınıza bağlı olaraq gələcəkdə necə bir iş, biznes sahibi olacağınıza gətirib çıxarır.
Gələcəkdə uğur qazanmaq üçün özünüzü daim təkminləşdirməyə diqqət yetirərək gənc yaşlarınızdan karyera səyahətinə çıxmalısınız.
Uğurlu insanların üç sirri var: özünə inam, müsbət düşüncə, dürüstlük və çalışqanlıq. Çoxları bu üç prinsipi bilir, lakin onlardan az bir qismi onları həyata keçirir
– Conor McGregor
Hardan başlamaq lazımdır?
Gələcəkdə harada olmaq istədiyinizə elə bu gün, məhz bu məqaləni ozuyarkən qərar verin. İlk öncə qarşınıza məqsəd qoyun və bunu edərkən xəyal qurmaqdan qorxmayın. Gələcək həyat tərziniz haqqında ən xırda detalları təsəffür edin və hədəfləriniz haqqında mütləq şəkildə qeydlər aparın. Apardığınız qeydləri göz önündə saxlamağa çalışın. Məsələn siz kiçik qeyd kağızlarını dərs və ya iş masanıza, çarpayınızın və ya dolabınızın üzərinə, soyuducunun qapısına belə yapışdıra bilərsiniz.
Qeydlərinizin hər zaman göz önündə olması mütləqdir ki, bu sizi motivasiya edəcək.
Uğur qazanmaq üçün planlarınızı illər və aylara bölə bilərsiniz və bu sayədə iş dünyasında yolunuzu asanlıqla görə bilər və yolunuz daha rahat olar.
Özünüz üçün bir vəzifə modeli seçin, düzgün seçim sizi iş dünyasında olmaq istədiyiniz yerə aparacaq. Ən sadə şəkildə gələcəkdə necə bi insan olmaq istədiyinizi təsəvvür edərək özünüz üçün əldə edilə biləcək məqsədləri qarşınıza qoymalısınız.
Biznesdəki uğurunuzu nəyə borclusunuz?
- Karyera üçün şəxsi həyatınızdakı fədəkarlıq;
- Daim öyrənmək həvəsi və öz üzərinizdə mütəmadi iş;
- Karyera səyahətində atılan səhv addımlardan çıxan doğru nəticə;
- İradları qəbul etmə bacarığı
Özünüzə suallar verin. Karyera qurmaq üçün hansı fədəkarlığı etmisiniz?
Özü-özünüzə verdiyiniz suallara mütləq şəkildə səmimi cavab verin və mütləq şəkildə nəticə çıxarın. Analiz edin və qeydlərinizi aparın. Əgər cavablarınızın nəticəsi sizi qane etmirsə, müxtəlif variantları yenidən sınamağa çalışın. Əgər düzgün addımlar atsanız təkcə işinizdə deyil, şəxsi həyatınızda da, böyük uğurlar əldə etmiş olacaqsınız.
İş dünyasında hədəflərinə çatmaq üçün atacağınız mühüm addımları təxirə salmadan birbaşa başlaya bilərsiniz. Mükəmməl olmağa diqqət etmək əvəzinə, yaradıcılığınızı artırmaq üçün çalışın. Təcrübə və bacarıqlarınızı araşdırın əgər boşluqlar varsa özünüzə rəmayə qoyun, təhsilə üstünlük verin və öyrənməyə çalışın.
Yaxşı əlaqələr qurun! İstənilən çətinliyin öhtəsindən birlikdə gələ biləcək, içinizdəki ən yaxşı cəhətləri ortaya çıxarmaqda sizə dəstək olan və həmişə sizi dəstəkliyə bilən komanda seçmək düşündüyünüz qədər asan deyil. Buna görə də, ətrafınızda yaxşı işgüzar şəxslərin olmasına şərait yaradın. dostluq və işgüzar əlaqələr qurun.
Sosial mediada aktiv olmaq sizə əhatə dairənizin genişlənməsində kömək ola bilər, lakin canlı görüntülər, real görüşlər daha vacibdir ki, sizin ciddi və işgüzar olmağınızı sübut etsin.
Gənc yaşlarından qurduğunuz dostluq və əməkdaşlıq əlaqələri gələcək iş və şəxsi həyatınızda vacib rol oynayır. Odur ki, mütləq şəkildə əhatə dairənizi düzgün seçməli və doğru addımlar atmaq vacibdir.
Uğurlar! Kifayət qədər maraqlı bloqdur.